Putin Avropa ölkələrini tənqid etdi: "Odunla isinəcəksiniz?"

Putin Avropa ölkələrini tənqid etdi:

Rusiya prezidenti Vladimir Putin nüvə santrallarının dünya üçün ən təmiz enerji qaynağı olduğunu deyib.


Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Putin 28 sentyabrdə qeyd olunan Nüvə İşçiləri Günü ilə əlaqədar Kremldə görüş keçirib. Rusiya prezidenti çıxışı zamanı ölkədə nüvə santrallarının vacib müəssisələrə çevrildiyini bildirib:


“Əvvəlki illərdə Almaniya ilə danışıqlar apardım. Siz, indi nüvə santrallarını bağlayırsınız, bizdən qaz almaq istəmirsiniz. Bəs isinmək üçün nə edəcəksiniz? Odunlamı isinəcəksiniz? Dünya inkişaf edir, texnologiya daha qarışıq hala gəlib çatıb. Ancaq, avropalı ortaqlarımız işləri ciddi şəkildə çətinləşdirirlər”.


Demokrat.az

24 Sentyabr 2020, 14:34    2020-09-24 14:34:00 Paylaş