Mahir Emrelinin zədəsi ağırlaşdı

Mahir Emrelinin zədəsi ağırlaşdı

"Qarabağ"ın zədəli futbolçuları Mahir Emreli, Abdullah Zubir və Xayme Romero komanda ilə məşqlərdə iştirak etmir. 


Bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. 


O bildirib ki, Premyer Liqanın II turunda "Keşlə" ilə matçda xəsarət alan Mahir Emrelinin zədəsi tam sağalmayıb. Klub rəsmisinin sözlərinə görə, 23 yaşlı hücumçu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında və III turda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduqları görüşlərdə fədakarlıq sayəsində iştirak edib: "O, oyunlarda iştirak üçün reabilitasiya keçmişdi. Amma zədəli oynamışdı, hazırda onun zədəsi ağırlaşıb". 


Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın IV turunda səfərdə "Sumqayıt"la üz-üzə gələcək. Sentyabrın 25-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.


Demokrat.az

24 Sentyabr 2020, 12:34    2020-09-24 12:34:00 Paylaş