İranın Azərbaycandakı səfirliyi Gəncə terrorunu pislədi

İranın Azərbaycandakı səfirliyi Gəncə terrorunu pislədi

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi dünən gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyib.


Bu barədə "Report"a səfirlikdən məlumat verilib.


"Həlak olanların ailələrinə baş sağlığı və yaralananlara şəfa diləyir. Bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayır. Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır", - səfirlikdən bildirilib.


Demokrat.az

17 Oktyabr 2020, 14:32    2020-10-17 14:32:00 Paylaş