Gürcüstanın Azərbaycana borcu açıqlandı

Gürcüstanın Azərbaycana borcu açıqlandı

Bu il oktyabrın 1-nə Gürcüstanın Azərbaycana 5,685 milyon ABŞ dolları borcu var.


“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.


Aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz qalıb.


Sənədə əsasən, hesabat tarixinə Gürcüstanın ümumi xarici dövlət borcu 6,76 milyard dollar təşkil edir ki, bu məbləğin də 6,5 milyard dolları hökumətin payına düşür.


Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana da borcu dəyişməyərək müvafiq olaraq 10,959 milyon dollar, 43,134 milyon dollar və 5,954 milyon dollar səviyyəsində qalıb.


Qonşu ölkə ən çox borcu olduğu ölkələr Fransa (554, 7 milyon dollar), Almaniya (495 milyon dollar) və Yaponiyadır (215,1 milyon dollar).


Demokrat.az

15 Oktyabr 2020, 17:49    2020-10-15 17:49:00 Paylaş