Belçikanın XİN başçısı koronavirusa yoluxdu

Belçikanın XİN başçısı koronavirusa yoluxdu

Belçikanın Xarici işlər naziri Sofi Vilmes koronavirusa yoluxub.


Demokrat.az xəbər verir ki, nazir bunu tvitter səhifəsində yazıb.


Vilmes bildirib ki, COVİD-19-a görə verdiyi testin nəticəsi müsbət olub. O, ailəsinin çevrəsindəkilərdən yoluxduğunu ehtimal edib. Nazir özünü təcrid etdiyini də yazıb.


Qeyd edək ki, Sofi Vilmes oktyabrın 12-də Avropa İttifaqına üzv dövlətlərin XİN başçıları Şurasının toplantısında iştirak edib.(report.az)

17 Oktyabr 2020, 19:20    2020-10-17 19:20:00 Paylaş