Bakıdan Ankaraya xüsusi uçuşlar başlayır

Bakıdan Ankaraya xüsusi uçuşlar başlayır

Türk Hava Yolları oktyabrın 2-dən etibarən Ankara Bakı və Bakı Ankara xüsusi uçuşlarına başlayacaq. 


Demokrat.azxəbər verir ki, uçuşlar çərşənbə və cümə günləri olmaqla həftədə iki dəfə planlaşdırılıb və AnadoluJet markası ilə həyata keçiriləcək.


THY-dən verilən məlumata görə, Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq. Bakı–Ankara–Bakı reysinə bileti www.anadolujet.com web səhifəsinə və ya səlahiyyətli agentliklərə müraciət etməklə əldə etmək mümkündür. Ankara uçuşlarına tələbə endiriminin keçərlidir.


Əlavə olaraq, Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək. Oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul–Naxçıvan–İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.

 

24 Sentyabr 2020, 20:23    2020-09-24 20:23:50 Paylaş