Bakıda DƏHŞƏT: Nənəsini və bibisini qətlə yetirdi

Bakıda DƏHŞƏT:     Nənəsini və bibisini qətlə yetirdi

Bakıda baş verən dəhşətli qətl hadisəsində ölənlərin şəxsiyyətləri müəyyənləşib. 


Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətlə yetirilənlərdən biri qatilin bibisi, 1959-cu il təvəllüdlü Cavadova Tamilla, digəri isə nənəsi Esmira adlı qadın olub. 


İlkin məlumatlara görə, onlar həmin ünvanda birlikdə yaşayıblar. 


Kişi qurbanlarına çoxsaylı bıçaq zərbələri vuraraq, hadisə yerindən qaçıb. 


Onun axtarışları aparılır.

 

X X X

 

Bakıda dəhşətli qətl hadisəsi baş verib.


Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.


Belə ki, kişi qəsəbənin “D” massivi, bina 27, blok 6-da yaşayan nənəsini və bibisini öldürüb.


Cinayətin hansı səbəbdən və hansı şəraitdə baş verdiyi bilinmir.

 

Demokrat.az

24 Sentyabr 2020, 17:10    2020-09-24 17:10:00 Paylaş