Arda Turan: "Bir millət, iki dövlət"

Arda Turan:

Türkiyə "Qalatasaray"ının futbolçusu Arda Turan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək nümayiş etdirib.

 

"Report"un məlumatına görə, bayrağımızın altında çəkilmiş fotosunu paylaşan 33 yaşlı yarımmüdafiəçi üzərində bu sözləri yazıb: "Bir millət, iki dövlət".

 

Qeyd edək ki, təcrübəli futbolçu Türkiyədə "Qalatasaray"la yanaşı, "Başakşehir"in də formasını geyinib. O, həmçinin İspaniyanın "Atletiko" və "Barselona" komandalarında çıxış edib.

 

 

Demokrat.az

17 Oktyabr 2020, 17:49    2020-10-17 17:49:02 Paylaş