AFFA-dan AVRO-2020 ilə bağlı AÇIQLAMA

AFFA-dan AVRO-2020 ilə bağlı    AÇIQLAMA

"Son günlər beynəlxalq və yerli mediada AVRO-2020-nin yeni formatı ilə bağlı müxtəlif fikirləri eşidirik. Bugünədək UEFA-dan AFFA-ya turnirin formatı ilə bağlı aydınlaşdırma məqsədilə heç bir müraciət daxil olmayıb"


Bunu "Report"a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin Bakıdan alınacağı ilə bağlı xəbərə münasibət bildirərkən deyib.


O bildirib ki, UEFA İcraiyyə Komitəsinin son qərarına əsasən AVRO-2020 Bakı da daxil olmaqla, 12 şəhərdə təşkil olunacaq: "Qurumdan hər hansı məlumat alsaq, ictimaiyyətə bildirəcəyik".


Demokrat.az

16 Oktyabr 2020, 16:09    2020-10-16 16:09:00 Paylaş